Məmmədyarov 17 yaşlı şahmatçıya niyə uduzub?
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində hindistanlı 17 yaşlı Rameşbabu Praqnanandhaya məğlubiyyətin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, “Şah”, “Oslo Esports Cup”ın ikinci turunda qələbəni əldən verdiyini bildirib. 37 yaşlı şahmatç ilk partiyada uduş vəziyyətində olsa da, fürsəti qaçırdığını deyib:
“Fikrimcə, duelin taleyini ilk görüşdəki məğlubiyyət həll etdi. Praqnanandha birinci partiyada pis oynadı. Mən isə öz şansımı qaçırdım. Amma rəqib növbəti görüşlərdə maraqlı gedişlər etdi və layiqli qələbə qazandı. Praqnanandha çox hiyləgər oyunçudur. Düşünürəm ki, yaxşı görüş alındı”.
Məmmədyarov üçüncü turda kanadalı Erik Hansenlə qarşılaşacaq.
Bizi Facebook-da izləyin