
Məmmədov “Trabzonspor”un oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” – “Bazel” (İsveçrə) oyununda UEFA matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Oyun fevralın 16-da, Türkiyənin Trabzon şəhərindəki “Şenol Günəş Spor Kompleksi” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin