Məmmədov Polşada növbəti oyuna çıxdı
Polşa çempionatında 21-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda Lodz şəhərinin digər təmsilçisi “Vidzev”i qəbul edib və 0:2 hesabıyla uduzub.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin