
Məmmədov iki beynəlxalq turnirə təyinat alıb
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1-6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.
Məmmədov 9-12 noyabrda Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin