Məmmədlidən Antalyada qızıl medal
Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri keçirilir.
Komanda.az xəbər verir ki, artıq yarışda ilk medalçılar müəyyənləşib.
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal qazanıb.
Turnirə aprelin 14-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin