Məişət zorakılığında ittiham olunan futbolçu ilə müqaviləni pozdular
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Niko Şultsla yollarını ayırıb.
Komanda.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı cinah müdafiəçisinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Xatırladaq ki, almaniyalı oyunçu 2019-cu ildə “Hoffenhaym”dan 25,5 milyon avroya alınıb. O, ötən mövsüm komandanın heyətində meydana çıxmayıb. Şults 2022-ci ilin avqustunda məişət zorakılığında ittiham edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin