
“Real” tarixinin ən yaxşı futbolçusu odur – Məhşur tennisçiyə görə
İspaniyalı tennisçi Karlos Alkaras futbolla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, GQ-yə açıqlamasında “Real” tarixinin ən yaxşı futbolçusu kimdir” sualına belə cavab verib:
“Çox yaxşı sualdır. Mən Kriştiano Ronaldonu seçirəm. Onun böyük fanatıyam, buna görə də, məhz onu “ən yaxşı” adlandırıram”.
40 yaşlı portuqaliyalı hücumçu 2009-2018-ci illərdə “Real”da çıxış edib. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir.
Ronaldo son mövsümdə 30 oyunda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



