Sabiq futbolçu “Liverpul”un müdafiəçisi haqda: “Topsuz ən pislərdən biridir”

Emmanuel Peti “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun müdafiə bacarığını tənqid edib.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu hesab edir ki, Trent müdafiədə bərbaddır və bu baxımdan öz mövqeyində ən pis oyunçulardan biridir:

“Trent Aleksander-Arnold haqqında həmişə belə bir fikirdə olmuşam: o, texniki qabiliyyət, heyrətamiz ötürmə və görmə qabiliyyətinə malik əla oyunçudur, ancaq müdafiəçi deyil. Müdafiədə olmaqdan nifrət edir.

“Liverpul” kimi komandada oynadığınız zaman komanda yoldaşlarınız bu zəifliyi kompensasiya edə bilər. Amma “Liverpul” ona görə “Enfild”də “Mançester Yunayted”ə az qala uduzacaqdı (2:2). Onun müdafiədəki davranışları dəhşətli idi. Topla öz mövqeyində ən yaxşısıdır, topsuz isə ən pislərdən biridir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button