Poqba Qrizmanna təşəkkür etdi
Pol Poqba hücumçu Antuan Qrizmannın millidən getməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Qrizmanna təşəkkür edib:
“Mən çox şadam ki, səninlə uzun illər keçirmişəm. Sən əbədi Fransa millisinin əfsanəsi olaraq qalacaqsan. Təşəkkür edirəm, Antuan”.
Qrizmann 2014-cü ilin yazından milli komandada çıxış edirdi. O, həmin vaxtdan millinin heyətində 137 oyun keçirib, 44 qol vurub.
33 yaşlı forvard yığma komanda ilə birlikdə dünya çempionu və UEFA Millətlər Liqasının qalibi olub. O, klub səviyyəsində “Atletiko”da oynamağa davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin