Məhkəmədən “Milan”ı sevindirən qərar

“Milan”ın futbolçusu Rafael Leao klubu ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləsini uzadacaq.

Komanda.az xəbər verir ki, “Record” nəşrinin məlumatına görə, bu, İsveçrə Federal Məhkəməsinin futbolçunun əvvəlki klubu “Lill”in onun müqaviləni birtərəfli qaydada, vaxtından əvvəl pozduğuna görə “Sportinq”ə 20,3 milyon avro məbləğində cərimə ödəməsinə qərar verməsindən sonra mümkün olub. Əvvəllər borcu məhz futbolçu ödəməli idi.

Leao 2018-ci ildə “Sportinq”dən “Lill”ə azad agent kimi keçib. Bir il sonra “Milan” portuqaliyalını 30 milyon avroya alıb.

Məlumatda qeyd olunur ki, yeni müqaviləyə əsasən, futbolçunun maaşı illik 7 milyon avroya yüksələcək. Müqavilə 2026-cı ilə qədər nəzərdə tutula bilər.

Leao bu mövsüm “Milan”ın heyətində 36 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button