Təcavüzdə ittiham olunan Neymarla bağlı qərar verildi
Bu ilin may ayında Parisdə Najila Trindade adlı qadına təcavüz etməkdə günahlandırılan PSJ-nin hücumçusu Neymarla bağlı qərar verilib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Braziliyada keçirilən məhkəmədə, hücumçunun mühakiməsinə son qoyulması ilə bağlı qərar qəbul olunub. Hakim Flavia Merlini yeni sübutun ortaya çıxacağı halda, futbolçuyla bağlı araşdırmaların yenidən başlayacağını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin