Məhkəmə “Real”ın futbolçusu ilə bağlı qərar verib
“Real”ın müdafiəçisi Raul Asensio artıq yetkinlik yaşına çatmayan uşaqla intim videonun çəkilişi və yayılması işində potensial təqsirləndirilən şəxs hesab edilmir.
Komanda.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
İşə baxan hakim artıq 21 yaşlı futbolçunu cinayətin şəriki hesab etmir və bu səbəbdən, onun şahid qismində cəlb edilməsinə qərar verib. Bu işdə böyük dəyişikliklər olmadığı təqdirdə, onu mümkün cinayət ittihamlarından azad edir. İş hələ də araşdırılır və məhkəmənin olub-olmayacağı ilə bağlı qərarın verilməsinə qədər aylar çəkə bilər.
2023-cü ildə “Kastilya”nın bir oyunçusu və “Real”ın üç futbolçusu azyaşlı qızın iştirak etdiyi intim videonu yaymaqda şübhəli bilinərək saxlanılmışdı. Oyunçular uşaq pornoqrafiyasını yazmaqda və yaymaqda günahlandırılırdı və onları 5 ilə qədər həbs gözləyirdi. Bu işdə Asensionun da əli ola biləcəyi güman edilirdi.
Bizi Facebook-da izləyin