Məhkəmə Adnan Əhmədzadə barədə qərar verdi

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Komanda.az xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə futbolçu ilə dostluq edir. Bundan başqa, Əhmədzadənin sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir” klubunun sponsorudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button