Verratti: “Bu gün baş verənləri qəbul etmək çox çətindir”
İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti DÇ-2022-nin pley-offunun yarımfinalında Şimali Makedoniyaya məğlub olmalarını (0:1) şərh edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bunadək məğlubiyyətsizlik seriyalarının olduğunu xatırladıb:
“Biz məyus olduq. Komandamız dünya çempionatında uğurla çıxış edə bilərdi. Rekord məğlubiyyətsizlik seriyamız oldu. Bu gün baş verənləri qəbul etmək çox çətindir. İndi özümüzə müəyyən suallar verməyin vaxtıdır”.
İtaliya millisi Şimali Makedoniyaya uduzaraq, DÇ-2022 ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin