“Məğlubiyyətin səbəbini əsaslandırmaq çətindir” – “Benfika”nın baş məşqçisi

Portuqaliyanın “Benfika” komandasının baş məşqçisi Bruno Laje “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb:

“Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Düşünürəm ki, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır”.

O, portuqaliyalı jurnalistin “hələ də işinizə davam etmək istəyirsiz” – sualına bu cür cavab verib:

“Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam”.

“Benfika” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın final fitindən sonra yerli azarkeşlər meydanı tərk edən Bruno Lajeyə ağ bayraq göstərərək, onun istefa verməsini tələb ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button