“Məğlubiyyətə layiq deyildik” – Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Belə oyundan sonra danışmaq çətindir. Matçın ədalətli nəticəsi heç-heçə idi. Düşünürəm ki, 1 xala layiq idik. Birinci hissədə çox qol fürsətlərindən istifadə edə bilmədik. Bəzi futbolçular təlim-məşq toplanışı keçməyiblər. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. Lüzumsuz, bəsit 2 qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yolumuza davam edəcəyik. Səhvləri minimuma endirmək üçün çalışacağıq. Komanda düzgün yoldadır”.
Bizi Facebook-da izləyin