Mourinyo: “Məğlub olsaq da, ləyaqət hissini itirməmişik”
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının “Sevilya” ilə final görüşündən sonra (1:1, penaltilər – 1:4) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çox kədərli olduqlarını bildirib:
“Beş dəfə avrokubokların finalında qalib gəlmişəm. Bu finalda isə məğlub oldum. Evimə qürur hissi ilə gedirəm. Futbolçularım meydanda əllərindən gələni etdilər. Biz hər şeyə ciddi yanaşırıq, çox çalışırıq.
Reaksiyalar fərqli olur: bəziləri ağlayır, bəziləri isə yox. Hamımız çox kədərliyik. Əla matç oldu. Məğlub olsaq da, ləyaqət hissini itirməmişik. Penaltiləri dəqiq yerinə yetirmək üçün çox çalışdıq, amma… Əldən buraxdığımız fürsətlər təkcə penaltilər seriyasında deyildi”.
“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.
Bizi Facebook-da izləyin