“Məğlub olsaq da, futbolçularımı təbrik etdim” – Sənan Qurbanov
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Bir yarışmadayıq. Xarakter göstərməliyik. Futbolçulara da bunları aşılayırıq . Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir. Məğlub olsaq da, futbolçularımı təbrik etdim. Bu oyun, irəli üçün ümid verici oldu.
– Qələbə üçün nə çatmırdı?
– Futbol bizi razı salsa da, son nöqtəni qoya bilmədik. Sonluq çatmadı. Qarşıdakı oyunlarda da bu haqda danışacağıq.
– Asif Məmmədovun oyuna gec daxil olması nəylə bağlı idi?
– Belə az əlavəni gözləmirdik. David Volkovi bir az narahatlıq hiss edirdi. Ancaq oyunda qaldı və mübarizə apardı.
– Oyunda sərtlik çox idi…
– Futbol aqresiv oyundu. Qaydalar çərçivəsində olmalıdı hər şey. Futbolçu epizoda, öz oyunçusuna yaxın olmalıdır. Mübarizə varsa, sərtlik də olur.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin