“Heç-heçəyə layiq idik” – Lempard
“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə çempionatının 37-ci turunun “Mançester Siti” ilə görüşünü (0:1) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç-heçəyə layiq olduqlarını deyib:
“Futbolçularım yaxşı oyun nümayiş etdirdi. Oyun üslubumuzdan razı qaldım. Heç-heçəyə layiq idik. Komandam bu matçda irəlilədiyini göstərdi”.
“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 43 xalla 12-ci, “Mançester Siti” isə 88 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin