“Məğlub olmaq sırası bizdə idi” – Simeone
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Leyptsiq”ə məğlub olaraq mübarizəni dayandıran “Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis, rəqibin daha yaxşı oyun göstərdiyini etiraf edib:
“Rəqib təkbətək epizodlarda qalib gəldi, cərimə zərbələri qazandı və hər baxımdan oyunun qalibi oldu. Meydanda əlimizdən gələni, mümkün olan hər şeyi etdik, amma olmadı. İstədiyimiz kimi oynaya bilmədik və ikinci qolu buraxdıq. Futbolçular əllərindən gələni etdi, edəcək başqa bir şey yox idi. Məğlub olmaq sırası bizdə idi. “Leyptsiq”i təbrik etməliyik.
Bizim üçün uzun bir il oldu. 60 günlük fasilədən sonra Çempionlar Liqasına qatılmaq üçün təzyiq altında 11 oyun keçirdik. Bir həftəlik istirahətdən sonra yenidən məşqlərə başladıq. Önümüzə baxmalı və növbəti ildə yenidən cəhd etməliyik”.
Bizi Facebook-da izləyin