“Məğlub olanda xoşbəxt ola bilmirik” – Qattuzo

“Marsel”in baş məşqçisi Cennaro Qattuzo Liqa 1-in 7-ci turunda “Monako”ya məğlubiyyətə (2:3) münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçı belə şərh edib:

“Məğlub olanda xoşbəxt ola bilmirik. Daha yaxşı oynamalıyıq. Üç qol buraxdıq. Qolların birində “yuxu”ya getdik, üçüncüdə iki səhvə yol verdik. Bunlar tez bir zamanda təkmilləşdirilməli olan kiçik şeylərdir, əks halda, qalib gəlmək çox çətin olacaq”.

“Marsel” Liqa 1-də 7 turdan sonra 7 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button