“Kədər və məyusluq içində boğuluram” – Van Dayk
Niderland millisinin kapitanı Vircil van Dayk DÇ-2022-nin 1/4 finalının Argentina ilə matçını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, penaltilər seriyası zamanı zərbəsinin qola çevrilməməsindən də danışıb:
“Çox ağırdır. Ən çox da bizim üçün dönüş nöqtəsinə çevrilən bir oyun olduğuna görə üzgünəm. Penalti zərbəm güclü idi, bəlkə, daha da güclü ola bilərdi. Çox təəssüf ki, futbolda belə şeylər olur”.
O, nəticədən dolayı məyusluğunu dilə gətirib:
“Hazırkı heyətlə daha da irəliyə gedəcəyimizə əmin idik. Təəssüf ki, alınmadı. Kədər və məyusluq içində boğuluram”.
Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya məğlub olaraq (penaltilər – 3:4), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin