Məsut Özil karyerasını bitirdi
Almaniya millisinin keçmiş futbolçusu Məsut Özil karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 35 yaşlı türk əsilli yarımmüdafiəçi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.
O, 17 illik karyerasını bitirdiyini yazıb.
Özil Almaniyada “Şalke”, “Verder” İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Başakşəhər”, “Fənərbaxça” kimi klubların formasını geyinib.
Məsut Özil 2014-cü ildə Almaniya yığmasının heyətində dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin