“Məsuliyyəti mən daşıyıram” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Deyiləsi çox şey yoxdur. Yaxşı komandaya qarşı oynadıq. Onların futbolçuları fərdi baxımdan bizdən üstün idilər. Çox bəsit qollar buraxdıq. “Araz-Naxçıvan”ı təbrik edirəm.
Autdan qol buraxırıq. Bu, ilk dəfə deyil. Top cərimə meydançamıza gələndə artıq qolun qoxusu gəlir. Sistemi dəyişmək də effekt vermir. Məndə heç bir futbolçuya qarşı şübhə olmayıb. Bomba eyni yerə bir dəfə düşər də. Bizdə isə eyni yerə 10 dəfə düşür. Samballı cavab verə bilmirəm. Bir nöqtədən bu qədər qol buraxmaq olmaz. Özümü təmizə çıxarmaq üçün 100 dənə səbəb deyə bilərəm. Amma bunu edə bilmərəm. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir”.
Bizi Facebook-da izləyin