“Kloppu kubokla yola salmaq yaxşı olardı” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott Avropa Liqasında iştirak motivasiyasından danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, igiltərərli futbolçu, baş məşqçi Yurgen Kloppa bacardıqları qədər təşəkkür etmək istədiklərini bildirib:
“Bu, böyük bir turnirdir. Hər şeyi nəzərə alsaq, baş məşqçi cari mövsümdən sonra komandadan ayrılarkən, onu kubokla yola salmaq yaxşı olardı. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Kloppa bacardığımız qədər təşəkkür etmək istəyirik, çünki o, bizim üçün çox şey edib”.
“Qırmızılar” aprelin 11-də Avropa Liqasının 1/4 final matçında İtaliyanın “Atalanta” klubu ilə qarşılaşacaq.
Avropa Liqası Kloppun 2015-ci ildən rəhbərlik etdiyi vaxtdan bəri “Liverpul”la qazanmadığı yeganə kubok olaraq qalır. Mersisaydlılar 2015/16 mövsümündə Avropa Liqasının finalında “Sevilya”ya 1:3 hesabı ilə uduzublar.
Bizi Facebook-da izləyin