Məşqçini vuran futbolçuya 5 oyunluq cəza
Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Dmitri Payet beş oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, buna 36 yaşlı futbolçunun “Lans”a uduzduqları Liqa 1-in 34-cü tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Xatırladaq ki, qarşılaşma Marsel təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin