Məşhur şirkət Rusiya klubu ilə əməkdaşlığı niyə dayandırıb? – açıqlama
Rusiyanın “Krasnodar” klubunun kommersiya direktoru Aram Fundkyan “Puma” şirkəti ilə əməkdaşlığa son qoyulmasından danışıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni klub rəsmisi, hazırda yeni tərəfdaş axtardıqlarını bildirib:
“Hazırda heç bir müqaviləyə xitam verilməyib. Bu mövsüm “Puma” ilə müqavilə başa çatıb. İşi dayandırmağa ehtiyac yoxdur. Biz yeni tərəfdaş axtarırıq”.
Ötən mövsüm “Krasnodar” Rusiya Premyer Liqasında 30 matçda 50 xal toplayaraq 4-cü yerdə qərarlaşıb.
“Puma” ayaqqabı, geyim və aksesuarlar istehsal edən dünyanın ən böyük idman markalarından biridir.
“Puma” məhsulları 120-dən çox ölkədə təqdim edilir. Şirkətin rəsmi qərargahı Almaniyada yerləşir.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin