Məşhur şirkət Rusiya klubu ilə əməkdaşlığı dayandırdı
“Nike” şirkəti Rusiyanın “Spartak” (Moskva) klubu ilə əməkdaşlığı dayandırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Moskva təmsilçisinin növbəti mövsümdə avrokuboklarda iştirak etməməsi səbəb olub.
ABŞ şirkəti məsələ ilə bağlı “Spartak”ı məlumatlandırıb.
“Spartak” hazırda yeni avadanlıq tədarükçüsü axtarır.
“Nike” 2005-ci ildən “Spartak”ın sponsorudur.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin