
Məşhur qapıçı karyerasını başa vurur
Pepe Reyna peşəkar futbol karyerasını bitirir.
Komanda.az “Movistar”-a istinadən xəbər verir ki, hazırda “Komо”da çıxış edən 41 yaşlı qolkiper bu mövsümün onun üçün sonuncu olacağını təsdiqləyib:
“Futboldan ayrılmaq qərarını ötən ilin yanvarında verdim. Həyat yoldaşımla danışdıq və bu qərarı birgə qəbul etdik. Bu addım uzun müddət düşünülmüş və yetkin bir qərardır”.
Reynanın karyerası Avropanın aparıcı liqalarını əhatə edir. “Barselona” akademiyasından çıxan ispaniyalı qapıçı sonrakı illərdə “Vilyarreal”, “Liverpul”, “Napoli”, “Bayern”, “Milan”, “Aston Villa”, “Latsio” kimi klublarda forma geyinib və karyerasını “Komо”da başa vurur.
Reynanın klub səviyyəsində qazandığı titullar sırasında UEFA superkuboku, İngiltərə kuboku və superkuboku, Almaniya Bundesliqası çempionluğu və İtaliya kuboku yer alır.
Reynanın ən böyük uğurları İspaniya millisindəki çıxışı ilə bağlıdır. O, 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olan heyətin üzvü olub.
Bizi Facebook-da izləyin