
Məşhur nəşr Mahir Emrelini tənqid etdi
Almaniyanın “Bild” nəşri “Nürnberq”də çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelini tənqid edib.
Komanda.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin 27-ci turda “Yan Reqensburq”a məğlubiyyəti (1:2) barədə olan yazıda komandanın hücum xəttindəki problemlərə toxunulub:
“Baş məşqçi Miroslav Kloze zədəli olan əsas hücumçu Stefanos Tzimasın yoxluğuna hazır deyil. O, Stefanosun tez sağalacağına ümid edir. Kloze “Yan Reqensburq”la oyunda (1:2) etdiyi son dəyişiklikdən də (Emrelinin meydana daxil olması nəzərdə tutulur) məyus oldu. Mahirin meydana girməsi ən yaxşı halda heyətin tamamlanması oldu. O, son qolunu noyabr ayında vurub. Bu, Emrelinin liqada 3-cü və indiyə qədər vurduğu sonuncu qoldur”.
Mahir Emreli bu mövsüm 2-ci Bundesliqada 3, kubokda isə 1 qol vurub. O, bu qolları ardıcıl 4 matçda vursa da, daha sonra oyununda eniş yaranıb. Bundan sonra isə Emreli bir neçə oyunda iştirak ərizəsində yer almayıb.
Bizi Facebook-da izləyin



