“Bayern” yeni hücumçu üçün 100 milyon avro xərcləyə bilər”
“Bayern”in prezidenti Herbert Hayner Münhen təmsilçisinin yay transfer pəncərəsindəkı planları haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəsmisi, mərkəz hücumçusu axtarışında olduqlarını açıqlayıb:
“Bayern” yeni hücumçu üçün 100 milyon avro xərcləyə bilər. Lakin həmin keçidin reallaşması üçün bütün məsələlərin məqbul olması vacibdir. Mərkəz hücumçusu axtarırıq, amma çox təəssüf ki, seçim etmək üçün variantların sayı çox deyil. Mövcud variantlar isə olduqca bahadır. Hər şeyə rəğmən, biz pozitivik.
Transfer edəcəyimiz yeni hücumçu “Bayern”in həm daxili çempionatdakı, həm də avrokubokdakı oyunlarında uğurlu çıxışını təmin edəcək keyfiyyətlərə malik olmalıdır. Hazırda transfer bazarında sıx rəqabət var. Bizim təklifimiz o qədər də böyük olmayacaq. Bu səbəbdən, sözügedən mövqeyə futbolçu transfer etməyimiz çətin olacaq”.
“Bayern” 2022/23 mövsümündə Almaniya Bundesliqasının qalibi olub. Onlar ölkə çempionatını 71 xalla başa vurub.
Bizi Facebook-da izləyin