“Mərhələni keçməyə layiq idik” – “Braqa”nın kapitanı

“Braqa”nın kapitanı Abel Ruis Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçından (2:3) danışıb.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu mərhələni keçməyə layiq olduqlarını bildirib:

“Çətin bir gecə idi. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik.

“Qarabağ”la matçlarımızı izləyən hər kəs rəqibin əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü. Cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi o matça yönəltməliyik”.

“Qarabağ” iki oyunun nəticəsinə görə “Braqa”nı üstələyərək (4:2, 2:3) 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button