“Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır”
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov bu gün Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Aprel ayında Bosniya və Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək iki yoldaşlıq oyunu keçirmək istədik. Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.
Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar. Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.
Bizi Facebook-da izləyin