“Məqsədim çempion olmaq idi, amma zədələndiyim üçün qismət olmadı”

“Avropa çempionatında məqsədim çempion olmaq idi”.

Komanda.az Azərbaycan güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan güləşçi Jalə Əliyeva deyib.

O, zədə səbəbindən çempionluq yarışından kənarda qaldığını söyləyib:

“Yarışa yaxşı hazırlaşmışdım. Məqsədim çempion olmaq idi, amma zədələndiyim üçün qismət olmadı. Qabırğamdan ağır zədə aldığım üçün davam edə bilmədim və hakim məni kənarlaşdırdı. Buna baxmayaraq, üçüncü yer uğrunda bacardığımı etdim. Qarşıdakı hədəflərin Avropa, dünya çempionatlarında və olimpiadada medal qazanmaqdır. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

57 kq dərəcəsində mübarizə aparan Jalə Əliyeva Avropa çempionatında üçüncü yer uğrunda görüşdə Cenna Hemyaeni (Finlandiya) məğlub edərək, adını medal qazananlar sırasına yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button