“Baş məşqçimizlə bağlı heç bir problemim yoxdur” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la cavab oyunundan (2:1) sonra Fransa klubunun baş məşqçisi Luis Enrike ilə münasibətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssislə arasının çox yaxşı olduğunu bildirib:

“Mən Luis Enrike haqqında necə hiss edirəm? Çox yaxşı. Mənim baş məşqçimizlə bağlı heç bir problemim yoxdur, baxmayaraq ki, insanlar başqa cür düşünə bilər. Mənim çoxlu problemlərim var, amma məşqçi onlardan biri deyil”.

Daha əvvəl mətbuatda Mbappe ilə Enrike arasında mümkün münaqişə barədə məlumat yayılıb.

Fransalı futbolçu bu mövsüm 34 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button