“Məncə, “Mançester Siti” hazırda “Liverpul”dan üstündür”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager bu mövsüm Premyer Liqada çempionluq tituluna əsas namizəd kimi hansı klubu gördüyünü deyib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Mançester Siti”nin bütün rəqiblərindən üstün olduğunu bildirib:

“Məncə, “Mançester Siti” hazırda “Liverpul”dan üstündür. Düşünürəm ki, “Arsenal” da. İnanıram ki, Pep Qvardiolanın komandası istənilən rəqibi məğlub etməyə qadirdir. Bunu onların rəqibləri haqqında deyə bilmərəm”.

“Mançester Siti” Premyer Liqanın son turunda “Vulverhempton” üzərində 2:1 hesablı qələbə qazanıb. Bu oyundan sonra Qvardiolanın komandası 20 xal toplayaraq, Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button