“Zidan mənə çox dəstək olub” – “Real”ın sabiq futbolçusu
“Real”ın sabiq futbolçusu Marselo komandanın keçmiş baş məşqçisi Zinəddin Zidan haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı mütəxəssisin ona çox dəstək olduğunu söyləyib:
“Zidan oyunçuları çox yaxşı başa düşürdü, o, mənə çox dəstək olub. Mən onun həm insan, həm də futbolçu kimi böyük fanatıyam. Onunla meydanda çox sərbəstlik əldə etdim. O, mənə dedi: “Bax, Marselo, sən irəli get, Kazemiro səni izləyəcək”.
Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib. Onun Madrid klubunda 500-dən çox matçı var. 36 yaşlı futbolçu bu yaxınlarda karyerasını başa vuracağını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin