“Mən yüz faiz milliyə qayıtmayacam”

“Real”ın yarımmüdafiəçisi Eden Hazard Belçika millisinə qayıtmağın mümkün olub-olmadığını açıqlayıb.

2022-ci il dünya çempionatındakı uğursuzluqdan sonra futbolçu millidəki karyerasını başa vurduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu milliyə qayıtmamaqda qərarlı olduğunu deyib:

“Mən yüz faiz milliyə qayıtmayacam. İndi komandada yeni, güclü nəsil var. Ona görə də, bu barədə düşünməyin mənası yoxdur. Fikrimi dəyişmək istəmirəm. Milli komandaya və yeni baş məşqçiyə uğurlar arzulayıram”.

32 yaşlı futbolçu 2008-2022-ci illərdə Belçika yığmasında çıxış edib.

DÇ-2022-də Belçika millisi qrupda 3-cü olub və turniri tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button