“Ronaldo hələ də Madriddə mənim qonşumdur” – Kroos

“Real”ın və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu futbol tarixinin ən yaxşısı hesab edib-etmədiyini deyib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Kroos, hər nəsldə böyük nailiyyət qazanan oyunçuların olduğunu deyib:

“Hər nəsldə böyük nailiyyətlər əldə etmiş çoxlu oyunçular var. Belə məqamda üç fərqli klubla Çempionlar Liqasını qazanan Seedorf yada düşür. Ronaldonun tarixin ən yaxşı futbolçularından biri olmasına göz yummaq mümkün deyil. Eyni şey Messi üçün də keçərlidir. Mən tarixdə ən yaxşısını görmürəm, çünki meydanda kimin nə etdiyini, futbolun onilliklər ərzində necə dəyişdiyini müqayisə etmək çətindir”. 

Alman yarımmüdafiəçi, 37 yaşlı portuqaliyalı ilə ünsiyyətdə olub-olmadığına da cavab verib:

“Ronaldo ilə iki dəfə məzuniyyətdə görüşdük, amma planlaşdırılmamışdı. Kriştiano hələ də Madriddə mənim qonşumdur, o, evini saxlayıb. Bəzən onun ailəsini görürəm. Bilirəm ki, Ronaldo karyerasını bitirdikdən sonra İngiltərədə qalmayacaq. Onda biz bir-birimizi burada daha tez-tez görəcəyik “.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button