“11 qol vurduğum üçün bir az təəccübləndim” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem 2023/24 mövsümündəki çıxışını şərh edib.

Komanda.az TVE-yə istinadən xəbər verir ki, o, komandasına qələbə qazanmaqda kömək edə bildiyi üçün çox xoşbəxt olduğunu bildirib:

“Mən çox xoşbəxtəm. Sadəcə matçları gözləyirəm və onlardan həzz alıram. 11 qol vurduğum üçün bir az təəccübləndim, amma komandama kömək edə bilirəm və çox xoşbəxtəm”.

20 yaşlı ingilis futbolçu bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Bellingem Çempionlar Liqasının ilk üç matçının hər birində qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button