
Yamal: “Özümü Messi ilə müqayisə etmirəm”
“Barselona”nın vingeri Lamin Yamal özünü komandanın sabiq futbolçusu Lionel Messi ilə müqayisə etmədiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən özümü heç kimlə, xüsusən də, Messi ilə müqayisə etmirəm. Bunu sizin ixtiyarınıza buraxıram. Bunun mənası yoxdur. Həyatdan zövq almağa və öz yolumla getməyə çalışıram. Mən Messi ilə danışmamışam. Ümid edirəm ki, bu, Yamalın deyil, “Barselona”nın dövrüdür”.
Messi hazırda MLS-də – “İnter Mayami”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



