“Mən “Milan”a gələndən bəri çox yaxşı işlər görürük”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç gələcək planlarından danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu gələcəyinin futboldan ibarət olduğunu deyib:

“Mənim gələcəyim futboldur, dünyam futboldur. Hazırda oynaya bilmirəmsə, üzr istəyirəm. Komandamın yanında olmaq, onlara kömək etmək istəyirəm. Mən “Milan”a gələndən bəri çox yaxşı işlər görürük.

Kuboku qazanmaq üçün tək bir şey yox, çox şey lazımdır. Mən qazanana qədər təslim olmayacam.”

“Milan” martın 1-də İtaliya kubokunun yarımfinalında “İnter”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button