![](https://komanda.az/wp-content/uploads/2025/02/IMG_20250205_101204-780x470.jpg)
“Mən “Mançester Siti”nin rəqibi olduğumuzu düşünmürəm”
“Arsenal”ın sabiq futbolçusu Yan Rayt keçmiş komandası ilə “Mançester Siti” arasında keçirilən oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, o, “şəhərlilər”in “Arsenal”dan xeyli irəlidə olduğunu bildirib:
“Mən “Mançester Siti”nin rəqibi olduğumuzu düşünmürəm. “Şəhərlilər” “Arsenal”dan xeyli irəlidədir. Onlar “Liverpul”la rəqibdirlər. Cədvəldə onlardan öndə olmağımız belə, rəqabətdən xəbər vermir. Bu, hələ rəqabət deyil, ancaq rəqabətə çevrilə bilər”.
“Arsenal” ötən həftə sonu “Mançester Siti”ni 5:1 hesabı ilə darmadağın etmişdi. “Topçular” bu oyundan sonra Premyer Liqanın turnir cədvəlində 2-ci, “şəhərlilər” isə 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin