Flik: “Heç vaxt indiki kimi geridönüşlə üzləşməmişəm”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik son dəqiqələrdə qazandıqları “Benfika” üzərində qələbədən (5:4) sonra keçirdiyi hisslərdən danışıb.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı heç vaxt indiki kimi geri dönüşlə üzləşmədiyini bildirib:
“Mən heç vaxt indiki kimi geridönüşlə üzləşməmişəm. Qeyd edilməli olan ən vacib şey xarakterdir”.
Qarşılaşma zamanı Lissabon komandası iki dəfə 2 top fərqi ilə önə keçsə də, sonda hər şey tərsinə dönüb: 78-ci dəqiqədə Robert Levandovski penaltini qola çevirərək hesab arasındakı fərqi minimuma endirib, 86-da Erik Qarsiya oyunu bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə Rafinya Dias həlledici qolu vurub.
Yeddi turdan sonra 18 xalı olan “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinə vaxtından əvvəl yüksəlib.
Bizi Facebook-da izləyin