
“Mən hələ də “İnter”i favorit hesab edirəm”
“İnter”in sabiq futbolçusu Kristian Vyeri komandanın İtaliya çempionluğu tituluna əsas namizəd olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, milanlıların son mövsümdə “Napoli”yə uduzsa da, favorit olduğunu söyləyib:
“Mən hələ də “İnter”i favorit hesab edirəm. Ən güclü heyət! “Napoli” keçən mövsüm qalib gəlsə də, ümumilikdə “İnter”ə uduzub”.
“İnter” İtaliya A Seriyasının yeni mövsümünə “Torino” üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Lakin daha sonra komanda rumıniyalı mütəxəssis Kristian Kivunun rəhbərliyi ilə “Udineze”yə 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



