“Dəfələrlə demişəm ki, çempionluq yarışından danışa bilmərik”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə Premyer Liqanın çempionluq yarışı ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən dəfələrlə demişəm ki, çempionluq yarışından danışa bilmərik. Bu yaxınlarda ardıcıl dörd görüşdə məğlub olduq, indi isə heç-heçə etdik. Hər növbəti oyunda qalib gəlməyə çalışaraq, addım-addım irəli getməlisən. Mövsümün son ayında nə baş verdiyini görərik. Bunlar bizim hazırkı reallıqlarımızdır”.
“Şəhərlilər” 15 turdan sonra 27 xal toplayıb və lider “Liverpul”dan 8 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin