“Mən də bu vəziyyətdən çox xoşbəxt deyiləm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 30-cu turunun “Arsenal”la oyunundan sonra (2:2) açıqlama verib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, meydançada futbolçularının daha çox qaçdığını söyləyib:

“Meydanda iki komanda var idi: biri özünə inanırdı, digəri isə yox. “Arsenal” inamla oynayaraq qollar vurdu, biz isə hesabı bərabərləşdirməyə çalışırdıq. Əvvəllər də bunun şahidi olmuşduq.

Meydançada daha çox qaçan və işləyən tərəf biz idik. “Arsenal”la oyunda meydanın mərkəzini yaxşı qapatmaq lazımdır. Çətin duruma düşdüyümüz epizodlar oldu, amma diqqətimizi oyuna cəmləyəndə daha yaxşı çıxış edirdik.

Aydındır ki, bir xal qazanmaq məğlub olmaqdan daha yaxşıdır. Mən də bu vəziyyətdən çox xoşbəxt deyiləm”.

Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 44 xalla səkkizinci, “Arsenal” isə 73 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button