“Bu vəziyyət məni çox dəyişdi, daha güclü qız etdi”
İspaniyanın qadınlardan ibarət milli komandasının futbolçusu Cennifer Hermoso ölkənin Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialeslə qalmaqalın ona necə təsir etdiyindən danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Hermoso bu hadisədən sonra çox şey öyrəndiyini bildirib:
“Mən öz fikrimi bildirdim. Bunu heç vaxt başa düşməyəcəm. Bu hadisə o zaman məni incitdi və hələ də ağrıdır. Bu vəziyyət məni çox dəyişdi, daha güclü qız etdi. Mən çox şey öyrəndim ki, bu, gələcəkdə başıma bir daha gəlməsin”.
İspaniya millisi qadınlar arasında 2023-cü il dünya çempionatının qalibi olub. Komandanın oyunçularına qızıl medalların təqdim edilməsi zamanı Rubiales Hermosonun dodaqlarından öpüb. Bu hadisədən sonra Rubiales Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. FİFA isə Rubialesin 3 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmasına qərar verib.
Bizi Facebook-da izləyin