La Liqanın prezidenti sevinir – “Barselona”nın transferdəki uğursuzluğuna görə

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Atletik”in hücumçusu Niko Uilyamsın “Barselona”ya uğursuz transferindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferin uğursuzluğundan məmnun qaldığını bildirib:

“Niko Uilyams “Barselona”ya getmək istəyirdi, lakin klub bu transfer üçün pul ödəyə bilmədi. Mən çox şadam ki, o, İspaniyada qalıb və “Atletik”də oynamağa davam edir. Bu, çempionatda rəqabət qabiliyyətini artırır”.

22 yaşlı futbolçu son AÇ-2024-də İspaniya millisinin heyətində İngiltərə yığması ilə final qarşılaşmasında qol vuraraq, komandasının qızıl medalları qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button