“Çelsi”də heç bir komanda işi görmürəm” – Keçmiş futbolçu

“Arsenal”ın sabiq hücumçusu Teo Uolkott “Çelsi”nin İngiltərə Premyer Liqasındakı çıxışı haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Çelsi” bacardığı qədər oynayan “maveriklər” komandasına bənzəyir. Mənə elə gəlir ki, onlar hələ tam başa düşməyiblər ki, komanda şəklində hərəkət etmək lazımdır. Onlar indi sadəcə öz işləri ilə məşğuldurlar, amma mən heç bir komanda işi görmürəm”.

“Çelsi” İngiltərə çempionatının son turunda səfərdə “Liverpul”a 1:2 hesabı ilə uduzub. London klubu Premyer Liqanın 8 turunun nəticələrinə əsasən 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button